Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə bildirib ki, Ukrayna tərəfi sülhə hazır olduğunu nümayiş etdirmək üçün ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşıb.
“Biz 30 günlük atəşkəs formatına hazırıq. Yəni Amerika tərəfinin bizə təklif etdiyi formata”.
Zelenski əlavə edib ki, ABŞ Ukraynadan münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğunu nümayiş etdirəcəyini gözləyir.
Buna cavab olaraq Amerika tərəfi Ukraynaya yardımı bərpa edəcəyinə söz verib. Onun sözlərinə görə, hər iki tərəf öz öhdəliklərini yerinə yetirib.
Mövsüm
Aznews.az