Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmaq planının olmadığını bildirir

13 Mart 2025 18:26 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün tədbirləri müzakirə etmir, əksinə, Aİ yeni məhdudlaşdırıcı tədbirlər paketini nəzərdən keçirir.

Bunu Avropa Komissiyasının (AK) Brüsseldəki nümayəndəsi Anita Hipper məhdudiyyətlərin yumşaldılması ilə bağlı ABŞ ilə mümkün danışıqlara dair sualı cavablandırarkən deyib.

"Biz yekdilliklə təsdiqlənən 16 sanksiya paketini təqdim etmişik və 17-ci paket üzərində işləyirik", - Hipper bildirib.

Həmçinin, Macarıstanın Rusiyaya qarşı martın 15-də başa çatacaq şəxsi sanksiyaların uzadılmasına mane olmasından danışan Hipper, AK-nin “onların uzadılması üçün hər cür səy göstərdiyini” bildirdi və Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərin işə yaradığını bildirib.

Mövsüm

Aznews.az