Finlandiya Ukraynaya 200 milyon avro hərbi yardım ayırıb

13 Mart 2025 18:29 (UTC+04:00)

Finlandiya iki ölkənin müdafiə nazirlərinin görüşündə Ukraynaya 200 milyon avro dəyərində 28-ci hərbi yardım paketi ayırıb.

Bu barədə Finlandiya Müdafiə Nazirliyinin saytında məlumat verilib .

“Nazirlərin görüşündə Finlandiya Ukraynaya növbəti, 28-ci silah yardımı paketini elan etdi. Onun dəyəri təxminən 200 milyon avrodur".

Bildirilir ki, görüş zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov və onun həmkarı Antti Hakkänen ölkələr arasında müdafiə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Mövsüm

Aznews.az