Rusiya Aİ vətəndaşlarına qarşı cavab sanksiyalarını genişləndirir

13 Mart 2025 20:41 (UTC+04:00)

Rusiya 16-cı anti-Rusiya sanksiyalar paketinin tətbiqi fonunda ölkəyə girişi qadağan edilən Avropa İttifaqı (Aİ) vətəndaşlarının siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilir.

“Rusiya tərəfi bu qeyri-dost hərəkətlərə cavab olaraq, dövlətimizin ərazisinə girişi qadağan olunmuş Avropa təsisatlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının, hökumət və kommersiya təşkilatlarının nümayəndələrindən, habelə Ukraynanı maliyyələşdirən vətəndaşlardan gedir .

Mövsüm

Aznews.az