Rusiya terrorizmlə mübarizədə Pakistanla əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır.
Rusiya prezidenti Vladimir Putin bunu Kremlin saytında dərc olunan Pakistan lideri Asif Əli Zərdari və ölkənin baş naziri Şahbaz Şərifə teleqramında bildirib.
“Rusiya tərəfi terrorizmin bütün formalarına qarşı mübarizədə pakistanlı tərəfdaşları ilə əməkdaşlığı daha da genişləndirməyə hazırdır”, - mesajda deyilir.
Putinin sözlərinə görə, Pakistanda sərnişin qatarına hücum amansız və kinli cinayət olub, qurbanlar arasında qadın və uşaqlar da var. O, həmçinin Pakistan hərbçilərinin cəsarətini və peşəkarlığını yüksək qiymətləndirib.
Mövsüm
Aznews.az