Ağstafada 8 nəfər dönərdən zəhərlənib

13 Mart 2025 22:02 (UTC+04:00)

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Aznews.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.