ABŞ Maliyyə Naziri Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiqini istisna etmir

13 Mart 2025 22:02 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın administrasiyası daha böyük təzyiq göstərmək üçün Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq edə bilər.

Bu barədə ABŞ Maliyyə Naziri Scott Bessent CNBC telekanalına müsahibəsində deyib .

“Sizə deyə bilərəm ki, biz onları [sanksiyaları] “on”a çatdırmaqdan çəkinmirik. Və yenə də bütün bunlar Trampın uğurlu danışıqlara hazırlaşmasının bir hissəsidir. O, hər iki tərəfə maksimum təzyiq göstərməyə hazırdır”, - Bessent bildirib.

O, ABŞ-nin keçmiş prezidenti Co Baydenin tətbiq etdiyi sanksiyaların kifayət qədər sərt olmadığını hiss etdiyi üçün çox məyus olduğunu bildirib.

Mövsüm

Aznews.az