Ötən ay 55 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib

14 Mart 2025 09:23 (UTC+04:00)

Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.