DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub

14 Mart 2025 10:19 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

Bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat aparatının DİN-in əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.