2024-cü ildə Azərbaycanda bir dini icma qeydiyyata alınıb, altı dini icmanın qeydiyyatı ləğv olunub.
Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bununla da ötən ilin sonuna ölkə ərazisində 2 min 377 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcud olub.
Qeydiyyatdan keçmiş dini qurumların sayı 1003-ə çatıb ki, onların 957-si İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunub.