Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

14 Mart 2025 14:02 (UTC+04:00)

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri martın 14-də başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.