Komitə sədri: "Bayırşəhərdə" hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz

14 Mart 2025 17:04 (UTC+04:00)

Tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bayırşəhər”də tarixi abidələrin sökülməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, sosial mediada bu kimi fikirlər səsləndirilsə də, belə hal mümkün deyil:

“Müəyyən aşınmaya məruz qalan evlər ola bilər, onların sökülməsi mümkündür. Amma ümumilikdə hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz”.