BMT-nin hakimi Muqambe məcburi qul əməyində təqsirli bilinib

14 Mart 2025 19:42 (UTC+04:00)

Böyük Britaniyanın Oksford Kral Məhkəməsi BMT-nin hakimi Lidiya Muqambeni gənc uqandalı qadını qul əməyinə məcbur etməkdə təqsirli bilib.

Bu barədə "The Independent" məlumat yayıb.

Qəzet prokurorların bəyanatına istinadən yazır: “Lidiya Muqambe zərərçəkmiş şəxslə bağlı statusundan istifadə edərək onun daimi işlə təmin olunma imkanından məhrum edib və onu uşaqlara qulluqçu və dayə işləməyə məcbur edib”.

Prokurorlar bildiriblər ki, Muqambe qadının "düzgün ödənişli işləmək hüquqlarını başa düşməməsindən" istifadə edərək və krallığa səfərinin məqsədi barədə onu aldadaraq, onu istismar edib və təhqir edib.

BMT-nin hakimi qəsdən gənc qadının Uqandadan Böyük Britaniyaya gəlməsini təşkil edib ki, onu onun üçün pulsuz işləməyə məcbur etsin.

Mövsüm

Aznews.az