Əldə olunan razılaşmalar Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq.
“Aznews.az” xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina“X” sosial şəbəkəsində Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən yazıb.
“Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm”, - o vurğulayıb.