Azərbaycan Basketbol Liqasının XVIII turunda "Şəki" "Sumqayıt"a qalib gəlib

14 Mart 2025 20:56 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının XVIII turunda "Şəki" "Sumqayıt" kollektivinə qalib gəlib.

Aznews.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qonaqlar 104:96 hesablı qələbəyə seviniblər

Qeyd edək ki, ötən gün "Quba" "Lənkəran"ı 95:84 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.