"Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:
"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib.
Bundan öncə “Yelo Bank”ın filialında müdir müştərini döyməsi barədə məlumat yayılıb.
Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.
O qeyd edib ki, filial müdiri Vüqar Mirzəzadə xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
"Yelo Bank"dan saytımıza bildirilib ki, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılır.
AzNews.az