Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.
Aznews.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.
Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.