Bərdədə uşaq bağçasında uçqun olub

15 Mart 2025 11:53 (UTC+04:00)

Bərdədə uşaq bağçasında uçqun olub.

Aznews.az xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evində baş verib.

Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir azyaşlının qaldığı bildirilir.

Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.