Times: Antarktikada alimlərdən biri Tədqiqat Bazasında həmkarlarına hücum edib

17 Mart 2025 20:25 (UTC+04:00)

Cənubi Afrikanın Antarktidada yerləşən Sanae IV tədqiqat bazasında alimlərdən biri həmkarlarına hücum edib.

Bu barədə “Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Komanda üzvləri mühitə görə deyil, onlardan biri [həmkarlarına] hücum etdiyinə görə qorxu içində yaşayırdılar" deyə bazadan alınan bir e-poçtda adı açıqlanmayan bir tədqiqatçı bildirib.

Mənbə hücumçunun bütün komanda üçün təhlükə yaratdığını vurğulayıb.

Mövsüm

Aznews.az