Ağ Ev Ukraynada sülhün yaxınlaşdığına işarə edib

17 Mart 2025 23:11 (UTC+04:00)

Rusiya və ABŞ Ukrayna münaqişəsinin həllinə həmişəkindən daha yaxındırlar.

Bunu Ağ Evin mətbuat katibi Kerolin Levit keçirdiyi brifinqdə ABŞ lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən söhbəti şərh edərkən deyib.

Çıxış ABŞ administrasiyasının saytında yayımlanıb.

“Mən bu danışıqları qabaqlamayacağam, amma deyə bilərəm ki, biz sülhə nail olmaqdan on yard uzaqdayıq və biz sülh sazişinə indiki qədər yaxın olmamışıq. Prezident [Tramp], bildiyiniz kimi, bunu etməkdə qərarlıdır”, - mətbuat katibi bildirib.

Həmçinin, Levittin sözlərinə görə, ABŞ və Ukrayna nümayəndələri nizamlanma zamanı Kiyevin ərazi güzəştləri məsələsini müzakirə ediblər.

Mövsüm

Aznews.az