Belarusda "yapon agenti"nə 7 il həbs cəzası verilib

17 Mart 2025 23:18 (UTC+04:00)

Belarus Baş Prokurorluğu ötən ilin sentyabrında sərhəd bölgələri və hərbi obyektlərə nəzarət etdiyi iddiası ilə saxlanılan Yaponiya vətəndaşı Nakanişi Masatoşinin 7 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb.

Əsir götürülən Yaponiya vətəndaşının hansı müdafiəni həyata keçirdiyi hələlik məlum deyil. Baş Prokurorluğun nümayəndəsi Dmitri Brulev proseslə bağlı aşağıdakı açıqlama ilə çıxış edib:

“Baş Prokurorluq 2018-2024-cü illərdə Belarus Respublikasında casusluq etmiş Yaponiya vətəndaşına qarşı Minsk Şəhər Məhkəməsində dövlət ittihamını irəli sürüb o, bilə-bilə Belarusun milli təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyıb və onu Cinayət Məcəlləsinin 358.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edib”.

Mövsüm

Aznews.az