Mehriban Əliyeva Ağdərə rayonundan İlaxır çərşənbə ilə bağlı paylaşım edib

18 Mart 2025 13:51 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdərə rayonundan İlaxır çərşənbə ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!"