Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bir saata yaxındır ki, telefonla danışırlar.
Bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino məlumat verib.
“Prezident Tramp hazırda [Ağ Evin] Oval kabinetindədir, [o] prezident Vladimir Putinlə səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00 – Red.) danışır”, - rəsmi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Skavino əlavə edib ki, danışıqlar “yaxşı gedir”.
Mövsüm
Aznews.az