Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib

19 Mart 2025 11:53 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Sahibə Əli qızı Qafarova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

AzNews.az