Ağdərə rayonunun Həsənriz kəndi üzrə indiyə qədər 360 nəfər köç üçün siyahıya düşüb

19 Mart 2025 14:35 (UTC+04:00)

Ağdərə rayonunun Həsənriz kəndi üzrə artıq 360 nəfər köç üçün siyahıya düşüb.

"Report"un Ağdərəyə ezam edilən müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, Həsənrizdə 606 ev var, 50 ailə artıq köç edib və 92 ev təmir olunub.