Tramp İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb

19 Mart 2025 22:03 (UTC+04:00)

İran husilərə hərbi yardım göndərməyi dərhal dayandırmalıdır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb:

“Məlumatlar var ki, İran hələ də husilərə böyük miqdarda təchizat göndərir. İran bu təchizatın göndərilməsini dərhal dayandırmalıdır. Husilər tamamilə məhv ediləcək”.