ABŞ ordusu Yəmənin Səna şəhərinə zərbələr endirib.
Bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Nəşr öz müxbirlərinə istinadən qeyd edir ki, “Amerika hava hücumları paytaxt Sənanı, [[Səada] və Əl-Bayda şəhərlərini hədəf alır".
Bundan əvvəl, martın 17-də ABŞ-nin Hodeyda əyaləti ərazisinə endirdiyi zərbələr nəticəsində Ənsar Allah üsyançı hərəkatından onlarla yəmənli husinin öldürüldüyü bildirilmişdi . Bir gün əvvəl Husilər, ABŞ-nin Yəməni bombalamağa davam edəcəyi təqdirdə eskalasiyalarını artıracaqlarını qeyd edib.