Ötən gün itkin düşən 16 nəfər tapılıb

20 Mart 2025 10:53 (UTC+04:00)

Ötən gün respublika üzrə itkin düşən 16 nəfər tapılıb.

Bu barədə Aznews.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.