Güclü külək Beyləqanda yas mağarını uçurub - FOTO

20 Mart 2025 18:23 (UTC+04:00)

Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çırpıb.

Aznews.az xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində təşkil edilmiş - Hacıyev Eldarın yas mərasimində qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da evə və mağarın çadır və dəmir hissələrinə ziyan dəyib.