Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb

20 Mart 2025 18:30 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini aprelin 1-dən ayın ortalarına qədər təxirə salıb.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, Aİ ABŞ-dan olan tərəfdaşlarla əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.

Qeyd edilib ki, martın 12-də elan olunan cavab tədbirləri aprelin ortalarında qüvvəyə minəcək. Bu gecikmə ABŞ administrasiyası ilə aparılan danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.