Turşu sirkəsi içən yaşlı qadın ölüb

21 Mart 2025 17:12 (UTC+04:00)

Sumqayıtda bilməyərəkdən sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.

Aznews.az xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.