Gəncənin Cavadxan qəsəbəsində qaz balonunun partlayışı nəticəsində 2 nəfər yaralanıb.
Aznews.az xəbər verir ki, onlar 1966-cı il təvəllüdlü Aidə Ələkbərova və onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az