Qazaxıstanda, Astana və Karaqanda arasında dəmir yolu hissəsində sərnişin qatarının vaqonunda yanğın baş verib.
Bu barədə Qazaxıstan Dəmir Yolları şirkətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
“Kostanay-Almatı marşrutu ilə hərəkət edən “Türksib Astana” özəl daşıyıcısının 44 saylı sərnişin qatarında yanğın aşkar edilib”, - məlumatda deyilir.
Ölən və ya xəsarət alanların olmadığı, yanğının söndürüldüyü bildirilir. Hazırda hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Mövsüm
Aznews.az