Ukrayna Sərhəd Xidməti Macarıstan və Rumıniya ilə sərhəddə nəzarəti gücləndirdiyini bildirib

22 Mart 2025 21:04 (UTC+04:00)

Ukrayna Sərhəd Xidməti Transkarpatiyada sərhəd nəzarətini gücləndirib.

Nu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Sərhədçilər Rumıniya və Macarıstanla sərhəddə ən həssas əraziləri gücləndiriblər”,- məlumatda deyilir.

Sərhəd xidmətinin məlumatına görə, patrul xidməti göstərən hərbi qulluqçular pilotsuz uçuş aparatlarından (PUA) və idarə olunan təyyarələrdən istifadə edəcəklər.

Mövsüm

Aznews.az