Əl-Cəzirə: Həmas Qəzzanın idarə olunmasında maraqlı deyil

22 Mart 2025 21:06 (UTC+04:00)

Fələstin radikal HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağının idarə olunmasında maraqlı olmadıqlarını, lakin “milli konsensus” əldə etmək niyyətində olduqlarını bildiriblər.

Bu barədə Əl-Cəzirə məlumat yayıb.

"Bizim Qəzzanı idarə etmək ambisiyamız yoxdur - bizim prioritetimiz milli konsensusdur və biz onun nəticələrinə sadiqik", - HƏMAS-ın bəyanatında deyilir.

Onlar həmçinin əlavə ediblər ki, hərəkat anklavda ictimai dəstək komitəsi yaratmağa razılaşıb.

Mövsüm

Aznews.az