Kiyev öz ölkəsindəki macar azlığının hüquqlarının qayğısına qalmayana qədər Budapeşt Ukraynanın Avropa Birliyinə (Aİ) qoşulmasını dəstəkləməyəcək.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto gürcü həmkarı Mako Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Macar milli icmasının hüquqları 2015-ci ildəki səviyyəyə qaytarılmayana qədər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində heç bir irəliləyiş təsəvvür edilə bilməz" deyə o, Facebook səhifəsində yayımlanan tədbirdə çıxış zamanı bildirib.
Nazir qeyd edib ki, son 10 ildə Aİ və Ukrayna azlıqlara hörmətlə bağlı davamlı söhbətlərə baxmayaraq, Transkarpat macarları üçün heç nə etməyib.
Mövsüm
Aznews.az