Türkiyə Prezidenti: Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

24 Mart 2025 20:00 (UTC+04:00)

Türkiyədə Novruz bayramının rəsmi şəkildə kimi qeyd olunması planlaşdırılır.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Novruz bayramı Türkiyədə xüsusi coşqu ilə qeyd olunub: “Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzulayırıq”.

Dövlət başçısı, həmçinin Novruz bayramını qeyd edən ölkələri bir daha təbrik edib.