Qırğızıstan prezidenti Sadır Japarov Tacikistanla dövlət sərhədi haqqında qanunu imzalayıb və bu qanun respublika parlamenti tərəfindən qəbul edilib.
Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Sadır Japarov 2025-ci il martın 13-də Bişkek şəhərində imzalanmış “Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb”,- məlumatda bildirilir.
Qeyd olunur ki, qanun 2025-ci il martın 19-da respublika parlamentinin vitse-spikeri Cəmil İsayev tərəfindən qəbul edilib.
Mövsüm
Aznews.az