Lavrov ABŞ ilə strateji sabitliyə dair dialoqu bərpa etməyə çağırıb

25 Mart 2025 22:56 (UTC+04:00)

Strateji sabitliyə dair Rusiya-Amerika dialoqu bərpa edilməlidir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Əlbəttə ki, bu, yalnız Strateji Silahların Azaldılması Müqavilənin əsasını təşkil edən prinsiplərə qayıdış əsasında həyata keçirilə bilər", o, Birinci Kanala müsahibəsində deyib.

Bundan əlavə, Lavrov qeyd edib ki, Rusiya bütün sahələrdə ABŞ ilə danışıqların tərəfdarıdır.

Mövsüm

Aznews.az