Cənubi Koreyada meşə yanğınları nəticəsində azı 15 nəfər ölüb

26 Mart 2025 09:03 (UTC+04:00)

Cənubi Koreyada meşə yanğınları nəticəsində azı 15 nəfər ölüb.

Bu barədə ölkənin Yonhap xəbər agentliyi rəsmilərə istinadən xəbər verir.

Hesabatda 12 nəfərin Gyeongsangbuk-do əyalətində, daha üç nəfərin isə Gyeongsangnam-do əyalətində həlak olduğu bildirilir.

Həmçinin bildirək ki, hökumət üç regionda - Ulsan Böyükşəhər şəhərində və Kyonsanqbukdo və Kyonsanqnamdo əyalətlərində fövqəladə vəziyyət elan edib. 3000-dən çox insan təxliyə edilib.

Mövsüm

Aznews.az