Mingəçevir su anbarında zəlzələ olub

26 Mart 2025 19:28 (UTC+04:00)

Mingəçevir su anbarında zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Samux rayonunda (Mingəçevir su anbarı) yeraltı təkan qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AzNews.az