Yəməndə şiə Ənsar Allah hərəkatının husiləri İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər.
Bu barədə onların nümayəndəsi Yəhya Sariya məlumat verib.
Əl-Cəzirə Telegram kanalı onun sözlərini sitat gətirib: “İşğal altındakı Yaffadakı Ben Qurion hava limanına (husilərin Təl-Əvivin bir rayonu üçün istifadə etdiyi ad – Red.) ballistik raket hücumu həyata keçirdik”.
Saria həmçinin hipersəs raketindən istifadə etməklə Yaffa bölgəsindəki hərbi obyektə zərbə endirdiyini bildirib. Bundan əlavə, hərəkat Qırmızı dənizdə ABŞ-ın “Harry Truman” aviadaşıyıcı qrupuna hücum edib.
Mövsüm
Aznews.az