Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransanın ev sahibliyi ilə Parisdə keçirilən Ukrayna ilə bağlı liderlər zirvəsindən sonra açıqlama verib.
Britaniyanın baş naziri Starmer bəyan edib ki, Avropa liderləri sammitdə Ukraynaya dəstək üçün hərbi və əməliyyat planlarını müzakirə ediblər.
Starmer bir çox ölkənin 3 ildən artıqdır olduğu kimi bu kritik anda da Ukraynanın yanında olduğunu vurğulayaraq, dəstəyini davam etdirəcəklərini qeyd edib.
Keir Starmer, həmçinin sammitdə iştirak edən ölkələrin Rusiyaya qarşı sanksiyaların yumşalmaması ilə bağlı razılığa gəldiklərini və sanksiyaların aradan qaldırılmasının vaxtının hələ çatmadığına dair açıq fikir bildirib.
Rusiyanın dayanmağa və oyun oynamağa çalışdığına dair tam aydınlıq olduğuna diqqət çəkən Starmer, "Əksinə, ABŞ-nin təşəbbüsünü dəstəkləmək üçün sanksiyaları necə artıra biləcəyimizi və bu qrup ölkələrin daha çox təzyiqi ilə Rusiyanı masaya gətirəcəyimizi müzakirə etdik", - deyə baç nazir bildirib.
Starmer deyib ki, liderlər Ukraynanın həm indi, həm də gələcək danışıqlarda mümkün olan ən güclü mövqedə olmasını təmin etmək üçün ona daha çox dəstək verilməlidir.
Mövsüm
Aznews.az