Ermənistanda seçki zamanı rüşvət vermək və almaqda təqsirləndirilən 8 nəfər saxlanılıb

27 Mart 2025 22:09 (UTC+04:00)

Ermənistanın Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq, həmçinin seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanı pozmaq ittihamı ilə 8 nəfər saxlanılıb.

Aznews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.