ABŞ ən azı 300 əcnəbi tələbənin vizasını ləğv edib

28 Mart 2025 10:25 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio "Həması dəstəklədiyini" iddia etdiyi ən azı 300 əcnəbi tələbənin vizalarının ləğv edildiyini açıqlayıb.

ABŞ dövlət katibi Marko Rubio Qayana səfəri zamanı keçirdiyi mətbuat konfransında hazırkı tələbə vizasının ləğvini qiymətləndirib.

Nazir Rubio Massaçusetsdəki Tufts Universitetində doktoranturada təhsil alan türkiyəli tələbə Rümeysa Öztürklə bağlı sualı cavablandırarkən bildirib ki, rəhbərlik bu məsələdə çox aydındır.

ABŞ naziri "HƏMAS tərəfdarları" və (anti-İsrail) "dəli" adlandırdığı 300-dən çox əcnəbi tələbənin vizasının ləğv edildiyini bildirib.

"Biz bunu hər gün edirik. Hər dəfə bu dəlilərdən birini tapanda onun vizasını əlindən alırıq, 300, bəlkə də daha çox adam. Biz hər gün fəsad törədən bu dəliləri axtarırıq", - Rubio deyib.

Mövsüm

Aznews.az