Tramp Ağ Evdə iftar verib

28 Mart 2025 11:24 (UTC+04:00)

ABŞ prezidenti Tramp ikinci prezidentlik müddətinin ilk iftar proqramında bəzi müsəlman ölkələrinin nümayəndələri və Amerika müsəlman liderləri ilə görüşüb.

O, proqramda çıxışına “Ramazanınız mübarək” deyərək başlayıb. Tramp “Amerika müsəlmanlarının 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində məni dəstəkləməsindən çox məmnunam” deyərək başlayıb.

Tramp iftar proqramında Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan, Pakistan və bir çox başqa ölkələrdən nümayəndələrin iştirak etdiyini bildirib.

"2024-cü il prezident seçkilərində bizə rekord sayda dəstək verən yüz minlərlə müsəlman amerikalıya da xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu, inanılmaz idi. Biz müsəlman icmasına verdiyimiz vədlərə əməl edirik. Hamının qeyri-mümkün olduğunu dediyi tarixi İbrahim razılaşmalarına əsaslanaraq, Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün amansız diplomatiya davam etdiririk", - Tramp deyib.

"Müsəlman dostlarımıza çox sağ olun. Daha parlaq və daha ümidli gələcəyə nail olmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm",- deyə Tramp vurğulayıb.

Mövsüm

Aznews.az