Əkrəm İmamoğlunun vəkili də saxlanıldı

28 Mart 2025 12:29 (UTC+04:00)

Türkiyə hakimiyyəti əvvəllər həbs edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun vəkilini saxlayıb.

Bu barədə "Reuters" xəbər yayıb.

İstanbul bələdiyyə başqanı Mehmet Pehlivanın vəkili “uydurma əsaslarla” saxlanılıb, bu barədə müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Turan Taşkın Özer bildirib.

Yerli medianın məlumatına görə, Pehlivan “qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin yuyulması ittihamı ilə” saxlanılıb. O, martın 28-nə keçən gecə evində saxlanılıb.

Mövsüm

Aznews.az