Banqkokda binanın çökməsi nəticəsində azı 50 nəfər xəsarət alıb

28 Mart 2025 13:26 (UTC+04:00)

Banqkokda zəlzələ zamanı tikilməkdə olan binanın uçması nəticəsində azı 50 nəfər xəsarət alıb.

Bu barədə "CNN" Tailand hakimiyyətinə istinadən məlumat yayıb.

“Bir nəfər həlak olub, daha 50 nəfər yaralanıb”, - məlumatda deyilir.

Ən azı 67 nəfər binanın dağıntıları altında qalıb.

Mövsüm

Aznews.az