Bundestaq Rusiyanın enerji təchizatının bərpasına çağırıb

28 Mart 2025 13:36 (UTC+04:00)

Almaniyada “Şimal axını”nın bərpası imkanlarını müzakirə edirlər.

Bu barədə Rusiyanın Berlindəki səfirliyindən bildirilib.

Bundestaq Rusiyanın enerji resurslarının tədarükünü bərpa etməyə çağırır. Eyni zamanda, Almaniya İqtisadiyyat Nazirliyi “Şimal axını 2”nin bərpası ilə bağlı Moskva ilə danışıqlar aparmadıqlarını bildirib.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, qaz kəmərinin sağ qalan qolu işlək vəziyyətdədir. Lakin tədarükün bərpası indi istehlakçının və müqavilənin olmaması səbəbindən çətinləşir. 26 sentyabr 2022-ci ildə təxribat nəticəsində “Şimal axını 1”in hər iki xətti və “Şimal axını 2”nin iki xəttindən biri məhv edilib. İstintaqın ləngiməsi Almaniyanın terror aktını sifariş edənləri tapmaq istəyini sual altına qoyur.

Mövsüm

Aznews.az