Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan 57 yaşlı şəxs 13 gün sonra xəstəxanada dünyasını dəyişib.
Aznews.az xəbər verir ki, martın 15-də ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı tibb müəssisəsinin Reanimasiya şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.